Mehmanxana və restoranlar

Bakıda neft sənayesinin inkişafı ilə əlaqədar şəhər həyatı gündən-günə yeni şəkil alırdı. Zəngin, aynalı mağazalarla yanaşı rahat mehmanxana və gur işıqlı restoranlar şəhərə xüsusi gözəllik, verirdi. Rusiyadan və Avropanın bir çox şəhərlərindən axışıb gələn qonaq və işgüzar adamları qəbul etmək və yerləşdirmək işində mehmanxanalar sanki yarışa girmişdilər. 1840-cı ildə Bakıda cəmi bir mehmanxana olduğu halda əsrin əvvəllərində onların sayı birə on qat artmışdı. Şəhərin ən gözəl mehmanxanaları hesab edilən «Metropol» və «Qrand Otel» mehmanxanalarının sahibi Lalayev idi.
Davamı →

Köhnə Bakıda tamaşa müəssisələri

Bakının yaşlı əhalisinin yaxşı yadındadır ki, o zaman Bakıda kinoteatr binalarından əlavə müxtəlif tamaşa müəssisələri də fəaliyyət göstərirdi. Doğrudur bu  müəssisələrin  əksəriyyəti  xüsusi  adamların  əlində  idi,  bəziləri  də  hökümət tərəfindən ayrı-ayrı adamlara icarəyə verilmişdi. Elə tamaşa müəssisələri də vardı ki, onlar icarə yolu ilə şəhərə qastrola gəlmiş truppaların sərəncamına verilirdi. Kinoteatrların əksəriyyəti isə daimi fəaliyyət göstərirdi. 1900-cu ildən sonra Bakıda 15-ə qədər kinoteatr mövcud idi. O zaman kinoteatrlar sinemotoqraf adlanırdı.
Davamı →

Bakı hamamları

Bakı  hamamlarının  qədim  tarixi  vardır.  Şirvanşahlar  sarayında  bizim günlərədək qalmış qədim bir hamamın tikintisi göstərir ki, hələ o dövrlərdə şəhərdə hamam tikintisinə  böyük əhəmiyyət  verilmişdir.  Belə  köhnə  hamamlara  Bakı kəndlərində də rast gəlmək mümkündür. Məsələn, Nardaran kəndindəki hamam 14-cü  əsrin  1388-ci  ilində  tikilmişdir.  Mərdəkandakı  Məhəmməd  hamamı  da qədimdir. İçəri şəhərdəki köhnə hamamlardan ən gözəyatımı Qasımbəy hamamıdır 1859-cu ildən sonra, başqa sözlə desək, Bayır şəhər salınandan sonra  Bakıda bir-birinin ardınca çoxlu hamamlar tikilmişdi. Hamamların binası əsasən tağlardan və onların üstündə qurulmuş günbəzlərdən ibarət idi.
Davamı →

Şəhər bağları

Bakıda bağ salmaq böyük əzab və əziyyətlə başa gəlirdi. Şəhərə xas olan isti və küləkli havalar, suyun çatmaması və bəzi yerlərdə torpağın münbitsizliyi üzündən küçələrdə və meydançalarda yaşıllığı artırmaq çox zəhmət tələb edirdi. Bununla belə bağbanların qayğı və səyi hər şeyə qalib gəlirdi. Görülən tədbirlər nəticəsində şəhər bağlarında yaşıllıq artır və ağacların sayı çoxalırdı.
Şəhərin ən böyük bağı Mixail (Qubernator) bağı hesab olunurdu. Onun əsası hələ 1830-cu illərdə İçəri şəhər iki divar əhatəsində olduğu zaman qoyulmuşdu.
Davamı →

Bakıda meydan və meydançalar

Vaxtı ilə Bakıda 16-ya qədər meydan və meydançalar olmuşdur.
Quba meydanı (və yaxud Bazar meydanı). Böyük və tanınmış meydan idi. Şəhərə gələn yollar məhz bu meydanda birləşirdi. Bir tərəfdən Bakı kəndlərindən gələn arabalar və başqa nəqliyyat vasitələri, o biri tərəfdən Quba və Şamaxıdan gələn öküz arabaları əsasən bu meydanda düşərdilər. Qubanın cırıltılı öküz arabaları öz yüklərini məhz bu meydanda boşaldardılar. Buna görə də bu Bazar meydanı Quba meydanı kimi tanınırdı. Sübh tezdən axşam düşənədək burada qızğın alver gedirdi. Qubadan əsasən alma, armud və başqa meyvələr gətirilərdi. Bakı kəndlərindən isə göyərtidən tutmuş yer-yemişədək daşınıb, burada satılardı. Ətrafında bir cərgə dükanlar vardı. Sonralar meydanın mərkəzində də taxtadan dükanlar tikilmişdi. Malakan furqonları ilə meyvə və tərəvəz, xüsusilə kələm daşınardı.
Davamı →

XX əsrin əvvəlində Mətbuat

Xeyriyyə cəmiyyəti bağlandıqdan sonra Həsən bəy Zərdabi qəzet çıxarmaq fikrinə düşür. «Həyat» qəzetinin 1905-ci il tarixli 115-ci nömrəsində o yazırdı:
«Bizim „Cəmiyyəti Xeyriyyə“ bina tutmadığından aşkar oldu ki, qəzet çıxarmaqdan savayı bir qeyri əlac yoxdur ki, kağızın üstə yazılmış doğru sözlər qapı və pəncərələrdən o iman mənzillərinə çata bilsin. Heç olmazsa doğru söz yerdə qalsın».
Davamı →

Köhnə Bakıda məktəb və maarif

1834-cü il məlumatına əsasən həmin ildə Bakıda cəmi bir ümumi ibtidai məktəb vardı. Bu məktəb ona görə ümumi məktəb adlanırdı ki, orada Bakıda yaşayan bütün millətlərin uşaqları oxuya bilərdilər. Həmin il 8 fevral təliqəsinə əsasən bu məktəbin cəmi 29 şagirdi vardı. Burada oxuyan uşaqların əksəriyyəti dövlət məmurlarının uşaqları idi. 28 nəfərdən  11 nəfəri bəy, dvoryan, knyaz uşaqları, 11 nəfər isə tacir  və varlıların uşaqları idi. Yerli zümrələrdən olan azərbaycanlılar öz uşaqlarını bu məktəbə buraxmırdılar. Bunun da səbəbi o idi ki, bu məktəblərdə ana dili və Quran təlim olunmurdu. Azərbaycanlı uşaqların əksəriyyəti mədrəsələrdə oxuyurdular. Şəhərdə mollalar tərəfindən saxlanılan belə mədrəsələrin sayı 12-dən artıq deyildi. Bunlarda da 142 nəfər uşaq oxuyurdu. Təkcə Maştağa nahiyyəsində 23 mədrəsə vardı ki, burada təhsil alan şagirdlərin sayı 200 nəfərə yaxındı. Məscidlərin nəzdində olan bu mədrəsələrdə dərs deyən mollaların əksəriyyəti İrandan gəlmə idilər. Mədrəsələrin xərcini qismən məscidlər və qismən valideynlər ödəyirdi.
Davamı →

Bakının küçələri

Yeni salınmış şəhərin küçələrini qaydaya salmaq üçün şəhər idarəsi bir sıra tədbirlər görürdü. Bakının məşhur xəzrisi əsdiyi zaman (bu bəzən həftələrlə davam edirdi) küçələrdə tozanaqdan göz açmaq olmurdu. Arabaların, faytonların çarxlarından qalxan toz buludları adamların üst-başını, evlərin pəncərələrini boz bir pərdəyə bürüyürdü. Burulğan kimi burulan külək qarşısına çıxan hər şeyi qabağına qatıb sovururdu. Bəzən qadınların çadralarını başından qoparıb, uçururdu. Tozanağın qarşısını almaq üçün ilk tədbir ondan ibarət oldu ki, küçələrə daş döşəməyə başladılar. Bu işə Sahil küçəsindən başlandı. 1878-ci ildə ilk dəfə olaraq, buraya əhəng daşları düzüldü.
Davamı →

Şəhərin su dərdi

Qədim zamanlardan başlayaraq, Bakının həyatında su məsələsi ən böyük problem olmuşdur. Şəhəri dövrələyən çılpaq boz təpələr, sinəsi cadarlanmış torpaq, barmaqla sayılası cılız ağaclar şəhərə miskin bir görkəm verirdi. Xəzrinin boz buludları şəhərin üzərinə yayıldığı zaman burada həyatdan bir əsər qalmazdı. Həyətlərdə quyular qazılmışdı. Suyu dəniz suyundan da şor və acı. Bakı hələ ikiqat divar arasına sığınmış İçəri şəhərdən ibarət olduğu zaman şəhərdə cəmi iki su kəməri vardı. Hər iki kəmər öz suyunu ətraf dağlardan alırdı: Şah su kəməri və Cümə məscidi su kəməri, Birinci kəmərlə gələn su Şirvanşahlar sarayı yanındakı su hovuzuna, ikinci kəmərin suyu isə Cümə məscidi yanındakı ovdana tökülürdü (ovdan sözü abdan sözünün təhrif olunmuş forması idi. Abdan isə fars dilində su qabı deməkdir).
Davamı →

Şəhər Bələdiyyə İdarəsi və Duma

Rusiyada təhkimçilik sisteminin ləğv edilməsindən sonra şəhərlər inkişiaf etməyə başlayır. Əhalinin sayı çoxalır. Bununla əlaqədar şəhərlərin büdcələri də artırdı. Buna görə keçmiş şəhərlərin idarə edilməsi sistemi daha yaramırdı. Şəhərləri idarə etmək sistemində mütləq reforma yaradılmalı idi. Bu reformanın yaradılması hazırlığı 8 il çəkdi. Nəhayət 1870-ci ilin 16 iyununda təsdiq edildi. O əvvəlcə Rusiyanın daxili quberniyalarında həyata keçirildi. Zaqafqaziyada isə onun həyata keçirilməsi ləngiyirdi. Buna da bəhanə o idi ki, guya yerlilərin şəhər özünü idarə işində səriştələri yoxdur. Qafqaz canişini və qubernatorlar da bu fikirdə idilər. Bakı qubernatoru Kolyubakin də isbat etməyə çalışırdı ki, bu məsələ nə qədər uzansa yaxşıdır.
Davamı →